“Uilyams dünyanın istənilən müdafiəçisi üçün kabusdur”
“Real”ın keçmiş hücumçusu Xoselu Fransa millisinə qalib gələn (2:1) və Avropa çempionatının finalına yüksələn İspaniya yığmasının çıxışını yüksək qiymətləndirib.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, millinin vingeri Niko Uilyamsın istənilən müdafiəçi üçün əsl kabusa çevrildiyini bildirib:
“La Liqada ona qarşı oynayarkən nə qədər davamlı və güclü olduğunu gördüm. O, təkbətək oyunda son dərəcə təhlükəlidir və indi daha da yaradıcılığa başlayıb. Uilyams dünyanın istənilən müdafiəçisi üçün kabusdur”.
İngiltərə yığmasının bu gün yarımfinalda Niderlandla qarşılaşmasından sonra İspaniyanın AÇ-2024-ün finalındakı rəqibinin adına aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin