“Bu, həyatımın ən ağrılı qərarı idi” – “Real”ın sabiq futbolçusu

“Əl-Qarafa”nın hücumçusu Xoselu “Real”dan ayrılarkən hansı hissləri keçirdiyini bir daha xatırladıb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunun həyatının ən ağrılı qərarı olduğunu deyib:

“Bu, karyeramda ən çətin anlardan biri idi. Müəyyən bir yaşa çatmısız, ona görə də ailənizi düşünməli və belə bir addımın zəruriliyini qəbul etməlisiz. Bu, həyatımın ən ağrılı qərarı idi”.

34 yaşlı oyunçu “Espanyol”dan icarə əsasında “Real”da oynayıb və son mövsümdə gözləntiləri doğruldub. Madridlilər yayda onu alıb, sonra dərhal Qətərin “Əl-Qarafa” klubuna satıb.

Xoselu ötən mövsüm “Real”la Çempionlar Liqası, La Liqa və İspaniya superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button