Tuxel: “İstədiyim bu idi”

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Alyanz Arena”da komandanın azarkeşləri ilə vidalaşmasından danışıb. 

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis istədiyinin bu olduğunu bildirib:

“İstədiyim bu idi. Mən bu cür şeylərin böyük pərəstişkarı deyiləm, çünki hər kəs hər şeyi əvvəlcədən bilirdi. Yenə də gözəl idi. Xoşbəxtlikdən qələbə qazana bildik”.

Xatırladaq ki, 50 yaşlı mütəxəssis dünən “Bayern”in çalışdırıcısı kimi son ev matçına çıxıb. Münhenlilər “Volfsburq”u 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button