“Xoşbəxtlikdən, Messi bizdədir”

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanın argentinalı futbolçu Lionel Messidən asılılığından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, Messinin komandada olmasını xoşbəxtlik saydığını bildirib:

“Düzdür, biz dünyanın ən yaxşı oyunçusuna ümid edirik, bunu inkar etmək olmaz. Oxşar sual həmişə Messinin harada oynadığı ilə bağlı ortaya çıxır: “Barselona”da və ya Argentina millisində, hər yerdə. Xoşbəxtlikdən, o, bizdədir və son oyunda çox güclü idi”.

Xatırladaq ki, Messi MLS Liqa kubokunun 1/8 final mərhələsinin “Dallas”la görüşündə dubla imza atıb və nəticədə, “İnter Mayami” penaltilər seriyasında qalib gələrək, turnirin növbəti mərhələsinə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button