Xorvatiyaya qayıtmaq istəyir – “Tottenhem”in futbolçusu
“Tottenhem”in hücumçusu İvan Perişiç karyerasını ölkəsində – Xorvatiyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubu ilə müqaviləsini ləğv etmək və “Hayduk”a keçmək niyyətindədir.
34 yaşlı futbolçu 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, bir qol vurub və 12 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Perişiç “Hayduk”un yetirməsidir.
Onun “Tottenhem”lə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin