“Azərbaycanla oyuna da eyni ciddiyyətlə yanaşmalıyıq” – Bişçan
Xorvatiyanın U-21 millisinin baş məşqçisi İqor Bişçan Avro-2023-ün seçmə mərhələsində Azərbaycanla oyun öncəsi fikirlərini bildirib.
Komanda.az “novilist.hr” saytına istinadən xəbər verir ki, o, Norveçdən sonra Azərbaycana qədər uzun yol qət etdiklərini deyib:
“Belə bir səfərdən sonra asan olmayacaq. Futbolçuların oyunun ciddiliyini anlamaları üçün hər şey edəcəyik. Komanda əvvəlki üç matça ciddiyyətlə yanaşdı. Buna görə xoşbəxtəm. Bu səbəbdən, yüz faiz nəticə əldə edə bildik. Azərbaycanla oyuna da eyni ciddiyyətlə yanaşmalıyıq. Onları evimizdə məğlub edə bildik, amma rəqib öz evində daha yaxşı oynayacaq”.
Bu gün Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 20:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin