“Dinamo”nun baş məşqçisi həbs olundu

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Zoran Mamiç həbs olunub.

Komanda.az xəbər verir ki, korrupsiyada ittiham olunan 49 yaşlı mütəxəssisə 4 il 8 aylıq həbs cəzası verilib. Mamiçin cəzanın təsdiqlənməsindən sonra “Dinamo”dakı işindən istefa edərək, ayrılıb.

Mamiçin qardaşı Zdvarko Mamiçə də 6,5 illik həbs cəzası verilib. Mamiç qardaşları korrupsiya və mütəşəkkil cinayətkarlıq ittihamları ilə bağlı istintaqa cəlb edilmişdi. Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon dolları mənimsəməkdə ittiham olunub.

Zoran Mamiç “Dinamo”da həm baş məşqçi, həm də idman direktoru vəzifəsində çalışırdı. Xorvat mütəxəssis 2007-2016-cı illər aralığında da Zaqreb klubunda işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button