“Dinamo” Mahir Emrelini gözləyir
Xorvatiyanın “Dinamo” klubunun “Legiya”da çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli ilə maraqlandığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Zaqreb təmsilçisi 24 yaşlı futbolçu üçün Polşa klubuna yüksək məbləğ ödəmək istəmir. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
“Dinamo” Mahirin “Legiya” ilə müqaviləsini ləğv etməyini gözləyir və onu azad agent kimi heyətinə qatmaq niyyətindədir.
Mahir Emreli “Legiya”nın Dubaydakı təlim-məşq toplanışına qatılmayıb. O, özünə vəkil tutaraq, klubla müqaviləsinin qaydalar əsasında ləğv edilməsini istəyir.
Mahir Emreli “Legiya” ilə bu mövsüm 33 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin