“Arsenal” xorvat hücumçu ilə maraqlanır
Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mislav Orşiç karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Arsenal” və “Vest Hem” klubları yaxından maraqlanır. Bu barədə “Footbal insider” portalı məlumat yayıb. Xəbərdə, Premyer Liqa təmsilçilərinin xorvatiyalı futbolçunu yayda transfer etməyə çalışacaqları bildirilib.
Bu mövsüm “Dinamo” ilə 36 oyunda 19 qol vuran Orşiçin “transfermarkt”da dəyəri 7,5 milyon avrodur. Hücumçu Xorvatiya milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin