“Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini gördük” – Prosineçki
Bosniya və Herseqovina millisi Azərbaycan yığmasının keçmiş baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsində ilk oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Prosineçki, Ermənistan millisiylə görüşdən əvvəl təşkil olunan mətbuat konfransında komandasında yaxşı atmosfer olduğunu bildirib:
“Komandamızda yaxşı atmosfer var. Millətlər Liqası vasitəsilə lazım olan özünəinamı təmin etmişik.
Asan oyun yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini və asan rəqibin olmadığını gördük”.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Bosniya və Herseqovina yığması xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin