Yurçeviç Azərbaycan millisiylə vidalaşdı – “Böyük mübarizə oldu”
Xorvatiyalı mütəxəssis Nikola Yurçeviç “facebook” hesabı vasitəsilə Azərbaycan millisinə vida mesajı yazıb.
Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssis, paylaşımında yeni fürsətlər üçün səbirsizləndiyini də deyib:
“AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə liderlik etdim. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya… İndi yeni fürsətlər üçün səbirsizlənirəm”.
Yurçeviç 2019-cu ilin fevralından dekabrna qədər Azərbaycan yığmasını çalışdırıb. Onun rəhbərliyi altında milli AÇ-2020-nin seçmə mərhələsində 8 oyunda 1 xal toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin