
“Mançester Siti” xorvatiyalı ilə danışıqlar aparır
“Leyptsiq”in müdafiəçisi Yoşko Qvardiol karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Mançester Siti” xorvatiyalı futbolçu ilə danışıqlar aparır.
“Real”ın da onu transfer etmək istədiyi bildirilirdi.
Qvardiol 2021-ci ilin yayından Almaniya klubunda çıxış edir. Onun klubla sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
O, 2022/23 mövsümündə Bundesliqa təmsilçisinin heyətində 41 oyuna çıxıb və üç qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin