
Tanınmış futbolçu Yunanıstan klubunda – Rəsmi
Xorvatiyalı müdafiəçi Deyan Lovren karyerasını Yunanıstanda davam etdirəcək.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, PAOK 35 yaşlı futbolçunun yeni iş yeri olub. Tərəflər 2026-cı ilin ortalarına qədər davam edəcək müqavilə bağlayıblar. Lovren Yunanıstan klubunda 6 nömrəli forma geyinəcək.
Lovrenin əvvəlki klubu “Lion” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin