
“Milan” istəyir – 28 milyon avroluq futbolçunu
İtaliya A Seriyasında mövsümü 4-cü pillədə tamamlayan “Milan” “Liverpul”un futbolçusunu heyətinə qatmaq üçün hərəkətə keçir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Mersisayd klubunun xorvatiyalı futbolçusu Deyan Lovreni transfer etmək niyyətindədir.
“Liverpul”un 29 yaşlı futbolçu üçün 28 milyon avro tələb etdiyi bildirilir.
2014-cü ildən “Liverpul”un şərəfini qoruyan Lovrenin müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub. O, son mövsümdə iştirak etdiyi 18 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin