Rakitiç İtaliyaya gedir – “Barselona” rəhbərliyi ilə görüşdü
Xorvatiyalı futbolçu İvan Rakitiç bu qış “Barselona”dan ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Rakitiçin “Barselona” rəhbərliyi ilə görüşdüyü və ayrılmaq üçün razılıq aldığı bildirilir.
Bu mövsüm az şans qazanan Rakitiçin İtaliyaya – “İnter” klubuna üz tutacağı gözlənilir.
2014-cü ildən “Barselona”da forma geyinən 31 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Rakitiç bu mövsüm “Barsa” formasıyla 8 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin