Xorvatiyalı futbolçu həm rekordçu, həm də ən yaxşı oldu
Qətərdə təşkil olunan dünya çempionatında Mərakeşə qarşı keçirilmiş 3-cü yer uğrunda oyun Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, o, 5-ci dəqiqədə komandasının ilk qoluna imza atıb.
Bununla da müdafiəçi mundiallar tarixində qol vurmağa nail olan ən gənc xorvat futbolçuya çevrilib. O, bunu 20 yaş 328 günlüyündə bacarıb. Bundan əvvəlki rekord İvitsa Oliçə (22 yaş 267 gün, DÇ-2002) məxsus idi.
Yoşko Qvardiol həm də 3-cü yer uğrunda matçın ən yaxşısı seçilib.
Xatırladaq ki, Xorvatiya millisi Mərakeşlə oyunda 2:1 hesabıyla qalib gələrək DÇ-2022-nin bürünc medalına sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin