
Xorvatiyalı futbolçu diskvalifikasiya olundu
“Hamburq”un xorvatiyalı futbolçusu Mario Vuşkoviç 4 il müddətinə diskvalifikasiya olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi antidopinq qaydalarını pozub.
Sanksiyalarla bağlı hazırda Almaniya Futbol Assosiasiyasının idman hüquqşünası məşğul olur.
Xorvatiyanın U-21 yığmasında çıxış edən Mario Vuşkoviç bu ilin yayında “Hayduk”dan “Hamburq”a transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin