
Xorvatiyalı futbolçu çox maaş istədi, “Qarabağ” danışıqları dayandırdı
Niderlandın “Fortuna Sittard” klubunda çıxış edən Alen Haliloviçin “Qarabağ”a keçidi baş tutmayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “köhlən atlar”ın xorvatiyalı futbolçu ilə danışıqları nəticəsiz qalıb.
Buna əsas səbəb hücumameyilli yarımmüdafiəçinin Azərbaycan klubundan çox maaş tələb etməsi olub.
Haliloviçlə MLS klubları da maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



