Xorvatiyalı futbolçu əməliyyat olundu
Xorvatiya millisinin və “Fiorentina”nın yarımmüdafiəçisi Marko Pyatsanın zədələndiyini xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı oyunçu əməliyyat olunub. Pyatsanın ən az 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Xorvatiyalı futbolçu mövsümün əvvəlində icarə əsasında “Fiorentina”ya keçib.
Pyatsa Xorvatiya millisinin də üzvüdür. O, AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyanın Azərbaycan millisiylə qarşılaşacağı oyunda iştirak etməyəcək.
Xorvatiya – Azərbaycan matçı martın 21-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin