Xorvatiya mətbuatı: “Konyaspor”da uğursuz olan Mahir Emreli geri dönüb”
Xorvatiya mətbuatı Mahir Emrelinin Zaqreb “Dinamo”sundakı vəziyyətini təhlil edib.
Komanda.az xəbər verir ki, “Sporteke novosti” portalı başa çatan mövsümün ikinci yarısını Türkiyənin “Konyaspor” klubunda icarə əsasında keçirən Emrelinin Zaqreb klubundakı şansını dəyərləndirib:
“Konyaspor”da uğursuz olan digər hücum variantı Mahir Emreli də geri dönüb. O, Türkiyədə cəmi iki qol vurdu, az oynadı. Amma Emrelinin Türkiyədəki problemlərini unudub, özünü baş məşqçi İqor Bişçana göstərmək şansı var”.
Bişçan aprelin 6-da “Dinamo”ya baş məşqçi təyin edilib. Onun müqavilə müddəti bu ayın sonunda bitəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin