
Xorvatiya millisinin sabiq futbolçusu qəzada vəfat edib
Xorvatiya milli komandasının sabiq futbolçusu Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.
Komanda.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında vəfat edib. Bu barədə futbolçunun keçmiş klubu “Dinamo”nun mətbuat xidməti məlumat yayıb.
Pokrivaç karyerası ərzində Zaqreb “Dinamo”su ilə yanaşı, “Zalsburq”, “Monako”, “Riyeka”, “Şaxtyor” (Qazaxıstan), “Slaven” kimi klublarda çıxış edib. O, Xorvatiya yığmasında 15 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



