Xorvatiya millisinin AÇ-2024 üçün yekun heyəti bilindi

Xorvatiya millisinin AÇ-2024 üçün yekun heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Heyətə 26 oyunçu daxil edilib.

Qapıçılar: Dominik Livakoviç (“Fənərbaxça”), İvitsa İvuşiç (“Pafos”), Nedilko Labroviç (“Riyeka”).

Müdafiəçilər: Domaqoy Vida (AEK), Xosip Yuranoviç (“Union”), Yoşko Qvardiol (“Mançester Siti”), Borna Sosa (“Ayaks”), Yosip Stanişiç (“Bayer”), Yosip Şutalo (“Ayaks”), Martin Erlik (“Sassuolo”), Marin Ponqraçiç (“Leççe”) .

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Mateo Kovaçiç (“Mançester Siti”), Marselo Brozoviç (“Əl-Nəsr”), Mario Paşaliç (“Atalanta”), Nikola Vlaşiç (“Torino”), Lovro Meyer (“Volfsburq”), Luka İvanuşek (“Feyenoord”), Luka Suçiç (“Zalsburq”), Martin Baturina (“Dinamo” Zaqreb).

Hücumçular: İvan Perişiç (“Hayduk”), Andrey Kramariç (“Hoffenhaym”), Bruno Petkoviç (“Dinamo” Zaqreb), Marko Pyaça (“Riyeka”), Ante Budimir (“Osasuna”), Marko Paşaliç (“Riyeka”).

Qeyd edək ki, AÇ-2024 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button