Xorvatiya millisində növbəti itki: Kovaçiç də Bakıya gəlmir
AÇ-2020-nin seçmə mərhələsində bu ay Slovakiya və Azərbaycanla qarşılaşacaq Xorvatiya yığması daha bir itki ilə üzləşib.
Komanda.az saytının yerli mətbuata istinadən məlumatına görə, İvan Rakitiçdən sonra Matteo Kovaçiç də millidən kənarlaşdırılıb.
Buna səbəb oyunçunun zədədən əziyyət çəkməsidi. Klubu “Çelsi”də zədənən yarımmüdafiəçi tibbi müayinədən keçib. Vəziyyəti ciddi olduğundan, məşqçilər korpusu onu heyətdən çıxarmalı olub. Kovaçiçin əvəzinə “Hayduk”un yarımmüdafiəçisi Miyo Caktaş dəvət alıb.
Qeyd edək ki, xorvatlar sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin