Xorvatiya millisində baş məşqçi ilə yeni müqavilə

Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliçlə yeni müqavilə imzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə Daliçlə müddəti 2022-ci ildə başa çatacaq yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, xorvat mütəxəssis 2017-ci ildən ölkəsinin millisini çalışdırır. Sözügedən komanda onun rəhbərliyi altında DÇ-2018-in gümüş medallarını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button