AÇ-2020: “Hər şey öz əlimizdədir” – Daliç
Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Çexiyaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Daliç, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Heç-heçə ədalətli nəticə idi. Oyuna yaxşı başlamadıq, balansımız pozuldu. Lakin qoldan sonra daha yaxşı oynadıq. Fasilədən sonra üstün tərəf idik, ancaq bu, qələbə üçün kifayət etmədi.
Hər şey öz əlimizdədir. Daha enerjili olub, sona qədər mübarizə aparacağıq. Şotlandiya ilə oyun asan olmayacaq. Avropa çempionatı belədir, hər matç çətin olur. Daha güclü olub, qazanmağa çalışacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin