
Xorvatiya mətbuatı Mahir Emrelidən yazdı
Xorvatiya mətbuatı Almaniyanın “Nürnberq” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emrelinin 2-ci Bundesliqanın 31-ci turunda “Fortuna”ya (Düsseldorf) qarşı oyunda (3:3) vurduğu qolu şərh edib.
Komanda.az xəbər verir ki, “index.hr” saytı Emreli haqda bunları yazıb:
“Mahir Emreli “Nürnberq”in heyətində daha bir qol vurdu. Zaqreb “Dinamo”sunun sabiq hücumçusu “Fortuna” ilə matçda komandasının ikinci qoluna imza atdı. Düsseldorf komandasının hücumundan sonra “Nürnberq” əks-hücuma keçdi və Yander topu Emreliyə ötürdü. O da 35 metrdən topu boş qapıdan keçirərək, komandasının üstünlüyünü artırdı. Bu, onun son üç matçda vurduğu dördüncü qol oldu”.
Emreli mövsümün əvvəlində “Dinamo”dan ayrılaraq Almaniya klubuna keçib. O, bu mövsüm 20 liqa matçında 7 qol vurub.
Bizi Facebook-da izləyin



