Xorvatiya mətbuatı Mahir Emrelidən yazdı

Xorvatiya mətbuatı ötən yay “Dinamo”dan (Zaqreb) “Nürnberq”ə keçən Mahir Emrelinin çıxışından yazıb.

Komanda.az xəbər verir ki, “Sportske novosti” nəşri Azərbaycan millisinin forvardının Almaniya klubundakı uğurlu performansı barədə bunları qeyd edib: 

“Ardıcıl dördüncü matçda Almaniyada qol vuran “Dinamo”nun keçmiş hücumçusu Mahir Emreli fantastik formadadır. O, ikinci Bundesliqanın 11-ci turunun “Hamburq”la matçında da (1:1) qol vurmağı bacardı. Bu qolla o, ardıcıl dördüncü oyunda fərqlənərək əla çıxışını davam etdirdi. O, bundan öncə ölkə kubokunda “Hoffenhaym”la görüşdə, həmçinin “Regensburq” və “Qroyter”lə liqa oyunlarında da qol vurmuşdu”.

Mahir Emreli yayda “Nürnberq”lə bir illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button