Xorvatiya – İtaliya matçının ən yaxşı futbolçusu bəlli oldu
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan Xorvatiya – İtaliya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatların heyətində Luka Modriç qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Yarımmüdafiəçi qarşılaşmada komandasını hesabda önə keçirən qolun müəllifi olub. O, eyni zamanda Avropa çempionatları tarixində fərqlənən ən yaşlı futbolçu (38 yaş, 289 günlük) adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin