Xorvatiya – Azərbaycan: Təyinatlar açıqlandı

Futzal üzrə AÇ-2026-nın əsas mərhələsində Azərbaycan millisinin Xorvatiya yığması ilə qarşılaşacağı görüşün hakim təyinatları açıqlanıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 31-də Pula şəhərində keçiriləcək görüşü Moldova və Estoniyadan olan hakimlər idarə edəcək. Qarşılaşmada birinci hakim kimi Viktor Buqenko (Moldova) fəaliyyət göstərəcək. Digər hakimlər isə estoniyalı Qriqori Oşomkov və Yaqnar Yakobson olacaq. Matçın UEFA nümayəndəsi Stefan Kammerer (Almaniya) təyin edilib.

“Mate Parlov”da keçiriləcək Xorvatiya – Azərbaycan oyunu saat 22:15-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button