Xorvatiya – Azərbaycan: Hakimlər məlum oldu
AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya – Azərbaycan oyununun hakimləri məlum olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov kömək edəcək. Oyunun 4-cü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.
Xorvatiya – Azərbaycan matçı martın 21-də “Maksimir” stadionunda keçiriləcək və saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin