Xorvat yarımmüdafiəçi Avropa çempionatının qalan hissəsini buraxacaq
Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç Avropa çempionatının qalan hissəsini buraxacaq.
Komanda.az xəbər verir ki, bununla bağlı Xorvatiya millisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu zədələnib və millinin düşərgəsini tərk edərək ölkəsinə yollanacaq. Xorvatiya yığması İspaniya, İtaliya və Albaniya komandaları ilə eyni qrupda mübarizə aparır. İlk turda komanda AÇ-2024-ün qrup mərhələsinin 1-ci turu çərçivəsində İspaniyaya 3:0 hesabı ilə uduzub. Vlaşiç bu oyunda meydana çıxmayıb.
Almaniyada təşkil olunan Avropa çempionatı iyulun 14-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin