Xorvat futbolçudan tarixi qol
Futbol üzrə Avropa çempionatlarında yeni qol rekordu qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu, AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan Xorvatiya – İspaniya matçına təsadüf edib.
Bu oyun 5:3 hesabıyla ispanların xeyrinə bitib. Qarşılaşmanın 85-ci dəqiqəsində Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin vurduğu qol isə tarixə düşüb. O, AÇ-2020-də vurulan 109-cu qolun müəllifi olub. Bununla da AÇ-2016-dakı 108 qolluq rekord yenilənib.
Qeyd edək ki, 24 komandanın iştirakı ilə keçirilən AÇ-2020-də artıq 118 qol qeydə alınıb. Turnirin sonuna qədər daha 9 qarşılaşma keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin