“Barselona”nın prezidentinin oğlu Madriddə saxlanıldı
“Barselona”nın prezidenti Xuan Laportanın oğlu Gillem Laporta Madriddə həbs edilib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Gillem Madriddəki restoranda sevgilisi ilə münaqişəyə görə saxlanılıb. Gillemin restoranda yemək yeyən onlarla insanın gözü qarşısında sevgilisini hədələyərək, silkələdiyi bildirilir.
Laporta hüquq-mühafizə orqanlarının əməkdaşlarına da aqressiv davranıb, hətta polisə müqavimət göstərib. O, pis rəftarda ittiham olunacaq və yaxın saatlarda məhkəmə qarşısına çıxacaq.
İspaniya çempionatının 9-cu turunun matçında “Barselona” “Real”a uduzub. Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin