“Xırdalan”la “Sərkərdə” minimal fərqlə uduzdu
Basketbol üzrə Azərbaycan Super Liqasında 7-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.
“Sıçrayış” “Xırdalan”ı, “Atletik” isə “Sərkərdə”ni minimal fərqlə üstələyib. “80-lər” – “Gəncə” matçında isə ikincilər qələbəni bayram ediblər.
Xatırladaq ki, ilk oyun günündə də “Atom” cari mövsümdə məğlubiyyət tanımayan “Zirvə”yə qalib gəlmişdi.
Azərbaycan Super Liqası, 7-ci tur
22 noyabr
Atom – Zirvə 95:89
23 noyabr
Sıçrayış – Xırdalan 59:58
Atletik – Sərkərdə 75:74
80-lər – Gəncə 81:89
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin