
“Xırdalan” bürünc mükafatçıya uduzdu
Azərbaycan Basketbol Liqasında çıxış edən komandalar 2023/2024 mövsümünə hazırlıqlarını davam etdirirlər.
Komanda.az xəbər verir ki, “Xırdalan” komandası ötən mövsümün bürünc mükafatçısı “NTD-İndiqo” ilə yoxlama oyunu keçirib.
Azərbaycan Texniki Universitetinin idman zalında reallaşan qarşılaşma “NTD-İndiqo”nun 70:65 hesablı qələbəsi ilə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin