“Ximki” yüz faiz Rusiya çempionatında qalacaq!” – Azərbaycanlı iş adamı
“Ximki”nin səhmdarı, azərbaycanlı iş adamı Tufan Sadıqov klubun hazırkı durumu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, autsayderlər sırasında qərarlaşan komandanın Rusiya Premyer Liqasında qalacağından əminliyini dilə gətirib:
“Ximki” aşağı liqaya da düşə bilər, çempionatda da qala bilər. Hər şey mümkündür. Bu, idman prinsipləridir.
Kim daha güclüdürsə, o da mübarizəni davam etdirir. Məncə, “Ximki” yüz faiz Rusiya çempionatında qalacaq!”
“Ximki” hazırda Rusiya çempionatının turnir cədvəlində 20 oyundan sonra 13 xalla 15-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, azərbaycanlı futbolçular – İlya Sadıqov və Ayaz Quliyev hazırda “Ximki” də forma geyinir. Azərbaycanlı mütəxəssis Nazim Süleymanov isə klubun əvəzedici komandasının “sükanı arxasındadır”.
Bizi Facebook-da izləyin