İbrahimoviç “Milan”ın yeni transferini təriflədi

“Milan”ın keçmiş hücumçusu, hazırda klubda müşavir kimi çalışan Zlatan İbrahimoviç komandanın yeni hücumçusu Santyaqo Ximenesin oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli klub funksioneri bunu deyib:

“Ximenes qol vurmağı sevən futbolçudur. Əcnəbi oyunçunun A Seriyasına gəlib dərhal oynamağa başlaması asan deyil. Lakin bu, bizim də məsuliyyətimizdir. Biz ona kömək etmək niyyətindəyik ki, o, hər şeyi düzgün etsin”.

23 yaşlı forvard qış transfer pəncərəsində “Feyenoord”dan “Milan”a keçib. O, A Seriyasının cari mövsümündə 2 oyun keçirib və 2 qol vurub. Futbolçu eyni zamanda, dünən “Verona” ilə matçda (1:0) qələbə qolunun müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button