“Məndə belə bir hiss var ki, əla mövsüm keçirəcəyik” – “Milan”ın futbolçusu

“Milan”ın hücumçusu Santyaqo Ximenes komandanın baş məşqçisi Massimiliano Alleqri haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, meksikalı hücumçu komandadakı ab-havanın dəyişdiyini söyləyib:

“Son bir neçə ayla müqayisədə indi komandadakı ab-hava tamamilə fərqlidir. Alleqri bütün heyəti birləşdirə bilən məşqçidir, o, inanılmaz intensivliklə işləyir. Onun rəhbərliyi altında məşq etdiyim ilk gündən məndə belə bir hiss var ki, əla mövsüm keçirəcəyik”.

58 yaşlı mütəxəssis 2024/25 mövsümünün sonunda komandanın baş məşqçi postunu tərk edən Serjio Konseysaonu əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button