
Flik: “Xetafe”yə qol vurmaq həmişə çətin olub”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Xetafe” üzərində 3:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq yaxşı çıxış etdiklərini söyləyib:
“Biz matça nəzarət etdik, yaxşı oynadıq və qələbəni təmin etdik. “Xetafe”yə qol vurmaq həmişə çətin olub, amma bacardıq. Komandaya son matçlardakı çıxışına görə minnətdaram. Keçən bazar günü oynadıq, sonra Çempionlar Liqasında “Nyukasl”la çətin oyun keçirdik və bugünkü matç da çətin olacağını vəd etdi”.
Hücumçu Ferran Torres ilk hissədə iki qol vuraraq Kataloniya klubu üçün üç xalı təmin edib. Komandanın yarımmüdafiəçisi Dani Olmo isə üçüncü qolu vurub. “Barselona” beş oyundan sonra 13 xalla İspaniya çempionatının turnir cədvəlində ikincidir.
Bizi Facebook-da izləyin



