La Liqa klubu “Real”ın hücumçusuna göz dikib

“Real”ın hücumçusu Alvaro Rodriges karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Xetafe” 19 yaşlı uruqvaylı futbolçunun xidmətində maraqlıdır. Transfer bu yay tamamlana bilər.

Rodrigesin transfer dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir. Onunla “kral klubu” arasındakı hazırkı müqavilə 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Uruqvaylı forvard 2023/24 mövsümündə “Real”ın ikinci komandasında çıxış edib. O, 11 matçda iştirak edərək, 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button