
“O qədər yıxılmışam ki…” – “Qarabağ”ın futbolçusu
“Qarabağ”ın zədəli futbolçusu Xayme Romero müalicəsini davam etdirir.
Komanda.az xəbər verir ki, ispan futbolçu, şəxsi “instaqram” hesabından etdiyi paylaşımda bu sözləri yazıb:
“O qədər yıxılmışam ki, artıq qalxmaq çox asandır”.
Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə”ylə oyunda (3:1) zədələnən Xaymenin 10-15 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin