Xayme Romero fizioterapiyaya başladı
Bir müddət öncə əməliyyat olunan “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero artıq fizioterapiyaya başlayıb.
Komanda.az xəbər verir ki, Ağdam klubunun legioneri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Xayme vətənində əməliyyatdan sonra bərpa prosesi keçir. 31 yaşlı futbolçunun 5-6 ay sonra yaşıl meydana qayıdacağı ehtimal edilir.
Xatırladaq ki, Romero Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə “Bazel”i ilə oyunda zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin