Xavyer Tebas yenidən prezident seçildi
Xavyer Tebas yenidən İspaniya La Liqasının prezidenti seçilib.
Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Seçkilərdə yeganə namizəd olan Tebas, növbəti 4 ildə La Liqanın prezidenti olacaq.
Tebas 2013-cü ildən La Liqanın prezidentidir. O, bir müddət əvvəl istefa vermiş və yenidən prezident seçkilərində namizəd olacağını demişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin