La Liqanın rəhbəri Premyer Liqanı “israfçı futbol modeli” adlandırdı

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas İngiltərə Premyer Liqasını “qıtlıq və israf modeli” adlandırıb.

Komanda.az xəbər verir ki, Tebas “tvitter” hesabında Avropa superkuboku matçında “Sevilya”nın “Mançester Siti”yə uduzmasına (1:1, penaltilərdə 4:5) reaksiya verib:

“La Liqada fasilənin sona çatdığı bu günlərdə “Sevilya”nın mesajı təsiredicidir. Liqamızın sabitliyi, performansı və rəqabət qabiliyyəti çatışmazlıq və israfçı futbol modelinə qarşı mübarizə aparırdı.

Sizi təbrik edir və üstün performansınıza görə təşəkkür edirəm!”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button