Xaviyə qəzəblidir – Niderlandlı futbolçu
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubundakı mövqeyindən narazıdır.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu baş məşqçi Xavinin komandanın vacib matçlarında onu ehtiyat oyunçular skamyasında oturtmasına qəzəblənib.
De Yonq bu mövsüm “Barselona”da əsas rol oynayacağını düşünürmüş. Futbolçu daha tez-tez oynamaq istəyir.
De Yonq bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 13 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin