“Xaviyə nə olursa olsun, “Barselona”ya qayıtmasının lazım olduğunu dedim”
“Barselona”nın və Kamerun millisinin keçmiş üzvü Samuel Eto açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı sabiq futbolçu, katalonların keçmiş üzvü Xavi və “İnter”in futbolçusu Lautaro Martinesin mümkün transferi barədə danışıb:
“Xaviyə nə olursa olsun, “Barselona”ya qayıtmasının lazım olduğunu dedim. Nə qədər ki, futbol tanrısı (Lionel Messi) ordadır, geri dönüb, onunla yenidən bir araya gəlməlidir. Onlar bir-birlərini tanıyırlar və daha rahat anlaşacaqlar.
Luis Suaresi sevirəm, “Barselona”da inanılmaz karyerası var. Suares hər zaman mövqeyində dünyanın ən yaxşılarındandır. “Barselona” özünü gücləndirməlidir, amma bunun üçün kiminsə faydasından məhrum olmamalıdır. Suares generaldır, kapitandır. Lautaro Martines də çox yaxşı irəliləyir, amma insanlar yaxın keçmişi unudurlar. Suares “Barselona”da və futbolda tarix yazdı”.
Bizi Facebook-da izləyin