Xaviyə uzunmüddətli müqavilə təklif ediləcək

“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Xaviyə yeni müqavilə təklif etməyə hazır olduğunu bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub rəhbəri Xavinin uzunmüddətli müqaviləyə layiq olduğunu deyib:

“Düşünürəm ki, Xavi yeni, uzunmüddətli müqaviləyə layiqdir. O komanda La Liqanın qalibi olacağı halda sözləşmənin uzadılmasını istəyir. Amma düşünürəm ki, müqaviləni indi uzatmaq mümkün olacaq”.

Xavinin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

“Barsa” 24 matçdan sonra 62 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button