“Barselona” avrokubok oyunlarının cəmi 35 faizini qazanıb – Son 3 mövsümdə

“Barselona”nın baş məşqçisi Xavinin rəhbərliyi altında Kataloniya komandası avrokuboklarda keçirdiyi oyunların yalnız 35 faizini qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavinin üç mövsüm çalışdırdığı “Barselona” bu müddət ərzində 23 avrokubok oyunundan 8-də qalib gəlib ki, bu da cəmi 35 faizdir.

İspaniyalı mütəxəssis 2021-ci ilin noyabrından kataloniyalılara rəhbərlik edir. Onun rəhbərliyi altında “Barselona” Çempionlar Liqası matçlarında 6 qələbə, 3 heç-heçə və 6 məğlubiyyət, həmçinin Avropa Liqasında 2 qələbə, 4 heç-heçə və 2 məğlubiyyətə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button