Xavinin qeyri-adi hesab etdiyi futbolçu
“Barselona”nın baş məşqçisi Xavi “Real Sosyedad”ın futbolçusu Martin Subimendinin oyun tərzi haqda fikirlərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, Xavi, Subimendini qeyri-adi futbolçu hesab etdiyini deyib:
“Onu müdafiəyəmeylli qeyri-adi yarımmüdafiəçi hesab edirəm. Yaxşı futbolçudur. Oyunu yaxşı dərk edir. Topla və topsuz inamlı mübarizə aparır.
Subimendi bizim istədiyimiz oyun tərzini “Barselona”da tətbiq edə bilər. Bizim xüsusi üslubumuz var”.
Subimendi cari mövsümdə La Liqa təmsilçisinin heyətində 40 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Kataloniya təmsilçisi bu gün, saat 23:00-da “Real Sosyedad”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin