“Xavinin mənə baxdığını görəndə növbəti dəfə şoka düşdüm” – Emin Mahmudov
“Neftçi”nin kapitanı Emin Mahmudov “İbrakadabra” “Youtube” kanalına müsahibə verib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı, maraqlı məqamlara toxunub:
“Rusiyada ən sevimli klubum “Saturn”dur. İkincisi oynamasam belə, “Spartak”dır. Üçüncü yerdə isə “Krılya Sovetov” gəlir. 4-cü “Mordoviya”, 5-ci isə “Tom”dur. “Mordoviya”da çıxış edərkən, mənə “Yandex” ləqəbini vermişdilər. İstənilən futbolçunun harada, hansı klubda oynadığını bilirdim.
“Spartak”da oynayarkən, artıq çəkiyə görə cərimələnməmək üçün axşam yeməklərini yemirdim. Həmin vaxt 15-16 yaşım vardı”.
Mahmudov, “Spartak”ın heyətində 2012-ci ildə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Barselona” ilə oyunun (0:3) fasiləsində katalonların futbolçusu Xavi ilə baş verən məqamı da xatırlayıb:
“Cərimə zərbəmdən sonra Xavi şoka düşmüşdü, açığı, özüm də şokda idim. Kriştiano Ronaldo həmin zərbəni görsəydi, bəlkə mənim üçün təyyarə göndərərdi ki, standart vəziyyətdən necə qol vurmaq lazım olduğunu ona da öyrədim. Çılğın qol idi. Xavinin mənə baxdığını görəndə növbəti dəfə şoka düşdüm. Mənə əli ilə “əla” işarəsi göstərmişdi. Bu, tarixi hadisə idi”.
Bizi Facebook-da izləyin